“Sumqayıt” FK bu gün Qəbələ toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda Qəbələ şəhər stadionunda Qətər təmsilçisi “Əl-Xaraitiyat” ilə qarşılaşıb.
Öncədən əldə olunmuş razılığa əsasən ilk hissəsi 40, ikinci hissəsi isə 35 dəqiqə davam edən matçda hesab açılmayıb – 0:0.
