Dünya çempionu və dünya reytinqinin lideri Maqnus Karlsen16-27 sentyabr tarixlərində Özbəkistanda keçiriləcək 2026-cı il Şahmat Olimpiadasında Norveç millisinin heyətinə düşməyib.

Norveçi açıq turnirdə aşağıdakı şahmatçılar təmsil edəcəklər: Yohan-Sebastyan Kristiansen (reytinq xalı – 2656), Elham Amar (2587), Frode Olav Ulsen Urkedal (2571), Tor Fredrik Kaasen (2499) və Aksel Bu Kvalley (2498).

Qeyd edək ki, dünya şahmatının liderləri arasında 2026-cı il Olimpiadasını Fransa millisinin bir nömrəsi Alireza Firuzca da buraxacaq. Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 15-də Səmərqənddə keçiriləcək.

Shares: