Türkiyə millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı Altay Bayındır İspaniya təmsilçisi “Selta” ilə anlaşıb. Bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qapıçı La Liqa təmsilçisində icarə əsasında çıxış edəcək. İcarə müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Altay Bayındır 2023-cü ildən “Mançester Yunayted”də çıxış edir.
