Formula 1-də mübarizə aparan “Haas” komandasının pilotu Esteban Okon 2027-ci ildə “Aston Martin”ə keçərək Fernando Alonsonu əvəz edə bilər.

Okonun mövsümün sonunda “Haas”dan ayrılmaq ehtimalının yüksək olduğu və fransalı pilotun Alonso komandadan gedəcəyi təqdirdə onun yerinə keçməyə ümid etdiyi bildirilir. “Aston Martin”in sahibi Lourens Stroll oğlu Lens Strolla komanda yoldaşı seçərkən əsasən dünya çempionlarına üstünlük verir, lakin uyğun çempion tapılmasa, Qran-Pri qalibinin də namizədliyini qəbul edə bilər.

Estebanın 2021-ci ildə Macarıstan Qran-prisində qələbə qazanması bu baxımdan onun üstünlüyü sayılır. Bundan başqa, Okonun Lens Strollun aşağı yaş kateqoriyalarından bəri yaxın dostu olması da onun “Aston Martin”ə keçid şansını artıran amillərdən biri kimi qiymətləndirilir.

Shares: