“Qalatasaray” sosial şəbəkələrdə klub, rəhbərlik, futbolçular və milyonlarla azarkeşə qarşı nifrət və ictimai asayişi poza biləcək ifadələr paylaşan istifadəçilərlə bağlı İstanbul Prokurorluğuna şikayət təqdim edib.

Klubun məlumatına görə, şikayətlər X və “Instagram”da 8 istifadəçi və onların hesablarına qarşı yönəlib. “Qalatasaray” son 10 gün ərzində yalnız adıçəkilən şəxslər barədə hüquqi şikayət verdiyini, başqa heç kimlə bağlı belə bir addım atmadığını vurğulayıb.

Klub bu müraciətlərin Türkiyə Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında hazırlandığını bildirib. İstanbul klubu bundan sonra da bütün zəruri hüquqi prosesləri qətiyyətlə davam etdirəcəyini açıqlayıb.

Shares: