“Sabah”a keçid karyeramın indiyədək ən böyük çağırışıdır. Gələcək hədəflərimə çatmaq üçün bu imkandan maksimum yararlanmağa çalışacağam”.

Futbolinfo.az xəbər verir ki, bunu “Sabah”ın cənubi afrikalı futbolçusu Eyden Makkarti ölkəsinin mətbuatına açıqlamasında deyib.

Bu yay “Kayzer Çifs”dən Azərbaycan çempionuna keçən 22 yaşlı mərkəz müdafiəçisi karyerasındakı yüksəlişə görə atasına minnətdarlığını bildirib: “Mənim inkişafımda keçmiş futbolçu olan atam Fabian Makkarti və psixoloji hazırlıq üzrə mütəxəssis Henninq mühüm rol oynayıblar. Onlar mənə dözümlülük və düzgün yanaşma aşılayıblar. Həyat fəlsəfəm belədir: Nəzarət edə bildiklərinə fokuslan, öz yoluna inan və uğursuzluqları daha böyük uğurlara aparan pillələrə çevir”.

Qeyd edək ki, Makkarti ölkəmizdə çıxış etməsinə baxmayaraq, təhsilini də davam etdirir. O, Vitvatersrand Universitetində Media Araşdırmaları ixtisası üzrə bakalavr təhsili alır və artıq ilk iki kursu başa vurub.

Shares: