UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” oyunundan (1:0) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlub olduqları qarşılaşma barədə fikirlərini bildirib:
“Qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara keçən komanda var idi. Sürəti bir az artırmaq lazım idi. Bəlkə də, hava şəraiti buna imkan vermədi. Çünki çox isti idi. Cavab görüşünə 5-6 gün vaxtımız olacaq. Bakıya qayıtdıqdan sonra bu görüşü analiz edib, cavab oyununa hazırlaşacağıq”.
