Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti avrokubok oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində İsveçin “Hammarbü” komandası ilə keçirdikləri ilk oyunda 90 dəqiqə meydanda olub.
Amma qarşılaşma qolsuz yekunlaşıb.
Komandalar arasındakı cavab görüşü gələn həftə İsveçdə keçiriləcək.
