Türkiyənin “Kocaelispor” klubunun prezidenti Recep Durul malili yarımmüdafiəçi Habib Keytanın sevgilisinə görə komandanın düşərgəsini icazəsiz tərk etdiyini açıqlayıb.

Receb Durul bildirib ki, futbolçunun xəbərdarlıq etmədən klubdan ayrılması xoş hal deyil və bunu “ağlın müvəqqəti bulanması” kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, Keyta bir qıza aşiq olduğu üçün qaçıb, eyni zamanda Türkiyədə deyil, başqa ölkənin klubunda çıxış etmək istəyir. Klub prezidenti əlavə edib ki, futbolçunun agentləri bəzən zənglərə cavab verir, bəzən isə yox.

Durulun sözlərinə görə, “Kocaelispor” yaxın vaxtlarda lazımi hüquqi prosedurlara başlayacaq, lakin hələlik futbolçuya bir qədər vaxt verilib. O qeyd edib ki, Keytanın 3-4 klubdan təklif aldığı deyilsə də, indiyədək “Kocaelispor”a rəsmi müraciət daxil olmayıb.

1603f20b 2493 4981 ac90 deed60d0d2bc 1 - Futbolinfo.az
Shares: