“Sevilya” gürcü oyunçu ilə güclənir. İspaniya təmsilçisi Georgi Kocoraşvilini heyətinə qatmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı oyunçu üçün “Sportinq”ə rəsmi təklif göndərilib. Portuqaliya təmsilçisi bu həftə yekun qərarını verməlidir. Lissabonlular komandada qalmaq istəməyən Gürcüstan millisinin üzvünün də fikrini nəzərə alacaq.

Hələlik transferin detalları bəlli deyil. “Sevilya” Kocoraşvilini 3 və ya 4 illik müqavilə ilə düşərgəsinə gətirməyə çalışır.

Shares: