“Qarabağ”ı bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ciddi sınaq gözləyir.
Futbolinfo.az xəbər verir ki, xarici mütəxəssislər Ukrayna klubunu həm oyunun, həm də cütün favoriti hesab edirlər.
Bildirilib ki, “Dinamo” Yunanıstan PAOK-una məğlub olmasına baxmayaraq, sərgilədiyi oyun, stabillik və hücumdakı kəsərliliyi ilə “Qarabağ”ı üstələmək iqtidarındadır. Ev oyununun Polşada baş tutması belə, “Dinamo”nun daha şanslı olmasına mane deyil.
Ekspertlər Lublində keçiriləcək bugünkü qarşılaşmada “Dinamo”nun qələbə qazanacağını proqnozlaşdırıblar.
Qeyd edək ki, “Lublin Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
