Ukraynanın “Karpatı” klubunun sabiq futbolçusu Mixail Kopolovets UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Dinamo” (Kiyev) – “Qarabağ” oyunu barədə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Ukrayna futbolunun tanınmış simalarından olan 42 yaşlı mütəxəssis “Dinamo”nun işinin çətin olacağını bildirib: “Dinamo” “Qarabağ”ı mübarizədən kənarlaşdırsa belə, bunu çox böyük çətinliklə bacaracaq. Azərbaycan təmsilçisi çox təcrübəli və avrokuboklarda özünü dəfələrlə sübut etmiş komandadır. Buna görə də kiyevliləri çətin iki oyun gözləyir. “Dinamo”nun hazırkı oyununda hələ də problemlər var. Komanda ideal formasından uzaqdır. Cütün qalibi növbəti mərhələdə də çətin rəqiblərlə üzləşəcək. Bir sözlə, “Dinamo” “Qarabağ”ı keçsə belə, sonrakı mərhələdə də ciddi sınaqla qarşılaşacaq”.

Qeyd edək ki, bu gün “Lublin Arena”da keçiriləcək “Dinamo” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Shares: