Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin Türkiyənin “Erzurumspor” klubu ilə müqaviləsinin detalları müəyyənləşib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Superliqa təmsilçisi 22 yaşlı hücumçunu birdəfəlik transfer etmək hüququna malik olacaq.
Erzurumlular Nərimanı ABŞ-nin “Kolambus Kru” klubundan birillik icarəyə götürüblər. Anlaşmada yer alan bəndə əsasən, Türkiyə klubu gələn yay onu tələb olunan məbləği ödəyərək transfer edə biləcək.
“Kolambus Kru”nun bu ilin əvvəlində 2,5 milyon avroya “Qarabağ”dan transfer etdiyi Axundzadənin hazırkı dəyəri 2 milyon avroya bərabər göstərilir.
Qeyd edək ki, Nəriman Axundzadənin MLS klubu ilə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.
