“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Danimarka “Orhus”u ilə səfər oyununun statistikası açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan klubu 1:2 hesabı ilə məğlub olduğu matçda çıxışı ilə buna layiq olmadığını göstərib.

Belə ki, Azərbaycan çempionu səfərdə oynamasına baxmayaraq, daha üstün performans sərgiləyib. Təmsilçimiz qapıya zərbə sayında danimarkalıları üstələyib. “Orhus” cəmi 3 dəfə “çərçivə”yə düşə bilib ki, onun 2-də toru silkələməyi bacarıb. “Sabah” isə 4 belə cəhdin yalnız 1-də uğurlu olub.

Orhus – Sabah

Qollar – 2:1

Zərbələr – 10:15

“Çərçivə”yə zərbələr – 3:4

“Çərçivə”yə düşməyən zərbələr – 3:10

Bloklanan zərbələr – 4:1

Künc zərbələri – 6:5

Oyundankənar vəziyyət – 0:1

Sarı vərəqələr – 2:3

Cərimə zərbələri – 12:11

Shares: