“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Avropa Liqası ilə vidalaşan Azərbaycan təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirir.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.

Ukrayna nəhəngi ilə ilk görüş Polşada baş tutacaq. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək.

Cavab oyunu gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cütün qalibi növbəti raundda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
6 avqust

21:00. Dinamo (Kiyev) – Qarabağ
Baş hakim: Morten Kroq (Danimarka).
Polşa. “Motor Lyublin Arena”.

Shares: