Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Sabah”ın səfərdə “Orhus”u uduzduğu gündə Türkiyənin “Fənərbağça” komandası evdə “Şturm”la qarşılaşıb. Meydan sahibləri inamlı qələbəyə seviniblər.

Bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.

UEFA Çempionlar yolu
3-cü təsnifat mərhələsinin ilk oyunları
5 avqust

Orhus (Danimarka) – Sabah (Azərbaycan) 2:1
Fənərbağça (Türkiyə) – Şturm (Avstriya) 2:0

Shares: