İngiltərənin “Hall Siti” klubu Yunanıstanın “Olimpiakos” komandasından qapıçı Konstantinos Tsolakisi transfer edib.

Futbolinfo.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb.

Yunanıstan millisinin formasını 9 matçda geyinmiş futbolçu üçün ödənilən məbləğ rəsmən açıqlanmasa da, bunun klub tarixi üçün rekord olduğu bildirilib.

Karyerasına “Platanias”da başlayan və 2020-ci ilin martında “Olimpiakos”un əsas heyətində debüt edən qapıçı meydana çıxdığı 131 oyunun 64-də qapısını toxunulmaz saxlayıb. O, Pirey təmsilçisi ilə 4 dəfə Yunanıstan Superliqasının çempionu olub, ölkə kubokunu, Superkubokunu və 2023/2024 mövsümündə UEFA Konfrans Liqasını qazanıb.

Shares: