Basketbol üzrə Avroliqa 2025/26 mövsümünün yekunlarına əsasən onlayn auditoriyası üzrə rekord göstəricilər əldə etdiyini açıqlayıb.

Artım sosial şəbəkələr, “EuroLeague.TV” platforması və təşkilatın rəsmi saytı da daxil olmaqla bütün əsas istiqamətlərdə qeydə alınıb. Bu nəticələr 2026/27 mövsümündən istifadəyə veriləcək və Avropa klub basketbolunu vahid platformada birləşdirəcək “Euroleague Basketball+” layihəsinin təqdimatı ərəfəsində açıqlanıb.

Avroliqanın sosial şəbəkələrdə paylaşdığı videolar ümumilikdə 2,27 milyard baxış toplayıb. Bu, əvvəlki mövsümlə müqayisədə 49 faiz çoxdur.

“EuroLeague.TV” platformasında aktiv abunəçilərin sayı da rekord həddə çatıb. Göstərici 2024/25 mövsümü ilə müqayisədə 23 faiz artıb.

Avroliqanın rəsmi saytı isə 12,3 milyon aktiv istifadəçiyə çatıb ki, bu da 2023/24 mövsümü ilə müqayisədə 47 faiz çoxdur. Saytda ümumi səhifə baxışlarının sayı 377,4 milyon olub. 2026/27 mövsümündən etibarən Avroliqa bütün əsas rəqəmsal xidmətlərini “Euroleague Basketball+” platformasında birləşdirməyi planlaşdırır. Yeni platformada canlı oyunlar, eksklüziv məzmun və azarkeşlər üçün əlavə imkanlar təqdim ediləcək.

Shares: