Növbəti mövsüm üçün MBA Kubokunun təqvimi rəsmən açıqlanıb.

Qrup mərhələsinin oyunları oktyabrın 30-da başlanacaq və noyabrın 27-də başa çatacaq, 1/4 final görüşləri isə dekabrın 4-5-də keçiriləcək. Yarımfinal matçları dekabrın 8 və ya 9-da, final qarşılaşması isə dekabrın 11-də ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində təşkil olunacaq. Turnirin tarixində ilk dəfə həlledici oyun Las-Veqasda deyil, 1928-ci ildə inşa edilmiş və 9100 tamaşaçı tutumuna malik “Hinkl Fildhaus” arenasında keçiriləcək.

Bundan başqa, 2026/2027 mövsümündən etibarən MBA Kubokunun formatı dəyişəcək və yarımfinal görüşləri artıq əvvəlki üç mövsümdə olduğu kimi neytral meydança olan Las-Veqasda keçirilməyəcək.

Shares: