Formula 1-in prezidenti Stefano Domenikali bildirib ki, rəhbərlik 2027-ci il mövsümündə yarışların sayını azaltmağı planlaşdırmır.
Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət həll olunmasa, təşkilatçılar müxtəlif ehtiyat ssenarilər hazırlayıblar. Domenikali qeyd edib ki, ilin sonuna qədər təqvimə dəyişiklik etmək üçün kifayət qədər vaxt var və proses nəzarətdə saxlanılır. O, gələn ilədək regiondakı vəziyyətin normallaşmamasının ciddi narahatlıq doğuracağını vurğulayıb.
Buna baxmayaraq, Formula 1 rəhbərliyi 2027-ci ildə də təqvimdə nəzərdə tutulan 24 Qran-prini keçirmək niyyətindədir.
