“LANDAU Lions” basketbol klubu heyətini amerikalı oyunçu Edvard Polayt ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Polayt buna qədər Azərbaycanda “Neftçi” komandasında çıxış edib. Edvard Polayt ABL-də hər oyuna ortalama 13.7 xal, 9 ribaund, 3.5 assistli göstərici ilə komandasının liderlərindən olub.

Shares: