“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq. Qarşılaşmadan bir gün əvvəl – avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq. Tədbir “Azersun Arena”da təşkil olunacaq.

Qeyd edək ki, “Dinamo” – “Qarabağ” oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki “Lubin Arena”da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Shares: