Azərbaycan millisinin hücumçusu Renat Dadaşov hələ də klubsuzdur.
Futbolinfo.az xəbər verir ki, “Neftçi” 27 yaşlı forvardın keçidində israrını davam etdirir.
Polşa klubu “Motor”dan ayrıldıqdan sonra azad agent statusu alan Dadaşov bir müddət əvvəl Türkiyə klublarının təklifini rədd edib. “Neftçi” bundan yararlanaraq, hücum xəttini onunla gücləndirmək niyyətindədir.
Lakin “ağ-qaralar”ın təklifi də Renatın ürəyincə deyil. “Neftçi” forvardın yüksək əməkhaqqı tələbini qarşılamağa razılıq verəcəyi təqdirdə yaxın günlərdə keçid rəsmiləşəcək. Dadaşov aylıq 20 min dollar maaş istəyir.
Qeyd edək ki, Renat Dadaşov 2017-ci ildən Azərbaycan millisinin formasını geyinir.
