“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı hücumçu Jeam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçunun son klubu Braziliyanın “Kaşias” komandası olub. O, ölkəsində “Fortaleza” klubunun yetirməsidir.
