Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan) cütünün məğlubunun rəqibi də müəyyənləşəcək. Məğlub tərəf Avropa Liqasının pley-off mərhələsində adları aşağıda qeyd edilən rəqiblərdən biri ilə qarşılaşacaq:

“Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi

“Makkabi” (Tel-Əviv, İsrail) – ÇSKA (Bolqarıstan) cütünün qalibi

“Lex” (Polşa) – “Kİ Klaksvik” (Farer adaları) cütünün qalibi

“Hradets-Kralove” (Çexiya) – “Beşiktaş” (Türkiyə) cütünün qalibi

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək. ÇSKA “Qarabağ”ı Avropa Liqasından kənarlaşdırdığı üçün “Sabah”ın bolqarlara dueli maraqlı olar. Amma biz ümid edirik ki, təmsilçimiz ÇL-də yoluna davam edəcək.

Shares: