AFFA Hakimlər Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib:
– Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi;
– AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması;
– Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi.
Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib.
Elit kateqoriyalı hakimlər: Əliyar Ağayev (FIFA), Elçin Məsiyev (FIFA), Kamal Umudlu (FIFA), İnqilab Məmmədov, Rəvan Həmzəzadə, Fərid Hacıyev, Tural Qurbanov (FIFA), Rəşad Əhmədov, Cavid Cəlilov, Nicat İsmayıllı, Rauf Cabarov, Əli Əliyev, Elvin Bayramov, Kamranbəy Rəhimov, Vüqar Həsənli (yeni).
Elit kateqoriyalı köməkçi hakimlər: Zeynal Zeynalov (FIFA), Akif Əmirəli (FIFA), Elşad Abdullayev (FIFA), Pərvin Talıbov (FIFA), Namik Hüseynov (FIFA), Vüsal Məmmədov (FIFA), Kamran Bayramov, Müslüm Əliyev, Rahil Ramazanov, Rəhman İmami, Cəmil Quliyev (FIFA), Eyyub İbrahimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Teymur Teymurov, Asiman Əzizli (FIFA), Kərim Zeynalov, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə (FIFA).
