Polşa çempionatında 2-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Rakuv” səfərdə “Şlensk”in qonağı olub.

Matç “Şlensk”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Emreli əsas heyətdə yer alıb və 60-cı dəqiqədə hesabı açaraq komandasını hesabda irəli çıxarıb. O, matçın 73-cü dəqiqəsində əvəzlənib.

Bu, Mahir Emrelinin “Rakov”un heyətində ikinci qoludur. O, daha əvvəl Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Malta təmsilçisi “Valletta” ilə debüt matçında da fərqlənməyi bacarıb.

Shares: