İspaniyanın “Vilyarreal” klubu 18 yaşlı hücumçu Yuri Kisakı transfer edib.

Futbolinfo.az xəbər verir ki, ukraynalı futbolçu bu barədə öz İnstaqram hesabında məlumat yayıb.

Kisak buna qədər İspaniyanın üçüncü divizionunda mübarizə aparan Kataloniyanın “Kornelya” klubunun gənclər komandasında çıxış edib.

Futbolçu ötən mövsüm U-19 komandasında 24 oyuna çıxıb və 8 qol vurub.

Qeyd edək ki, “Vilyarreal” ötən mövsüm İspaniya çempionatında üçüncü yeri tutaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Shares: