“Şamaxı” ailəsinə ağır itki üz verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əyalət təmsilçisinin U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib. Klub mərhuma Allahdan rəhmət diləyib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
