Dortmund “Borussiya”sından ayrılan Yulian Brandtın yeni klubu məlum olub.
Futbolinfo.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Niderlandda davam etdirəcək.
“Ayaks”la anlaşan 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Brandt 2019-cu ilin yayından “Borussiya”da çıxış edirdi. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində 41 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
