İspaniyanın “Barselona” klubu yeni transferini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə rəsmi saytında məlumat yayıb.
Klub Belçikanın “Brügge” komandasının vingeri Cessi Bisivu ilə müqavilə imzalayıb. 18 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə bağlanıb.
Transferin məbləği 8,5 milyon avro təşkil edib. Bundan əlavə, “Brügge” oyunçunun növbəti satışından əldə olunacaq gəlirin 20 faizini alacaq.
Bisivu ötən mövsüm 23 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
