MMA versiyası üzrə PFL-in yüngül çəki dərəcəsində dünya çempionu Usman Nurməhəmmədov beş ildən sonra ilk dəfə rəqibini nokautla məğlub edib.

Turnirin Nyu-Yorkda keçirilən “PFL New York” gecəsində o, amerikalı Arçi Kolqanı birinci raundda texniki nokautla məğlub edərək təşkilatın çempionluq kəmərini ardıcıl ikinci dəfə qoruyub. Nurməhəmmədov sonuncu dəfə 2021-ci ilin iyulunda Bellator turnirində amerikalı Menni Muronu diz zərbəsi ilə nokauta göndərərək vaxtından əvvəl qələbə qazanmışdı.

Hazırda 27 yaşlı döyüşçünün peşəkar MMA karyerasında 22 qələbəsi var. O, keçirdiyi bütün görüşlərdə qalib gəlib.

Shares: