MotoGP rəhbərliyi ABŞ-də keçiriləcək Formula 1 Qran-prisi çərçivəsində nümayiş yürüşləri təşkil etməyi planlaşdırır. Bu barədə “Autosport” nəşri məlumat yayıb.
Bildirilir ki, təşəbbüs hər iki yarış seriyasının kommersiya hüquqlarına sahib olan “Liberty Media” və MotoGP istehsalçıları tərəfindən müsbət qarşılanıb. Yarış həftəsonu Avstraliya MotoGP mərhələsi ilə eyni vaxta təsadüf etdiyindən, nümayiş yürüşlərində hazırkı sürücülər deyil, keçmiş MotoGP pilotlarının iştirak etməsi nəzərdən keçirilir.
Bundan əlavə, gələcəkdə Formula 1 və MotoGP mərhələlərinin eyni həftəsonunda keçirilməsi ideyası müzakirə olunsa da, hələlik bununla bağlı konkret plan yoxdur.
