Minsk “Dinamo”sunun baş məşqçisi Aleksandr Şaqoyka Konfrans Liqasında “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Növbəti mərhələyə yüksəldiyimizə görə şadıq. Bu, komanda üçün özünəinam baxımından böyük addımdır.

Oyuna gəlincə, ilk hissə bizim üçün fəlakətli oldu. Qol buraxdıq, rəqibin daha bir nenə şansı oldu. Ancaq fasilədən sonra toparlandıq və oyunu bərabərləşdirə bildik. “Neftçi”nin daha çox təzyiq edəcəyini bilirdik. Geri çəkildik, şansımızı gözləməyə qərar verdik. Təəssüf ki, qol vura bilmədik, amma mərhələ adladığımız üçün şadam”.

“Neftçi” iki oyunun nəticəsinə görə (2:4, 1:0) Konfrans Liqasına vida edib.

Shares: