FIFA dünya çempionatı və digər iri turnirlərin kommersiya hüquqlarının bir hissəsinin özəl strukturlara verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qurum bəyan edib ki, heç kim futbolu satmır və FIFA belə bir təklifi heç vaxt nəzərdən keçirməyəcək. Bildirilib ki, yaradılması təklif olunan “FIFA Forward Enterprise” (FFE) yalnız üzv assosiasiyaların futbolun kommersiya imkanlarından daha çox faydalanmasına və əldə olunan gəlirin bütün 211 milli assosiasiya arasında bölüşdürülməsinə xidmət edir.
Bəyanatda vurğulanıb ki, FFE-nin yaradılması ilə bağlı yekun qərar yalnız üzv assosiasiyalarla aparılacaq müzakirələrdən sonra veriləcək.
Xatırladaq ki, daha əvvəl UEFA və CONCACAF planlaşdırılan islahatlara qarşı çıxaraq, onların təsdiqlənəcəyi təqdirdə turnirləri boykot edə biləcəklərini açıqlamışdılar.
