İngiltərə Futbol Assosiasiyası (FA) yeni mövsümdən etibarən diskriminasiya xarakterli davranışlara görə cəzaları sərtləşdirəcək.

BBC-nin məlumatına görə, irq, etnik mənsubiyyət, dəri rəngi, milliyyət, din, cins, cinsi oriyentasiya və ya əlilliklə bağlı ayrı-seçkilik edən futbolçu, məşqçi və digər oyun iştirakçıları minimum 10 oyunluq diskvalifikasiya alacaqlar.

FA bildirib ki, ağırlaşdırıcı hallar olduqda cəza daha da artırıla bilər. Yüngülləşdirici amillər nəzərə alınarsa, diskvalifikasiya minimum altı oyuna endirilə bilər, təkrar qayda pozuntuları isə daha sərt cəzalandırılacaq.

Shares: