Avrokubokların II təsnifat mərhələsi başa çatıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan bu iki raundda bonuslar nəzərə alınmamaqla ən çox reytinq xalı toplayan iki ölkədən biridir.

9 qələbə qazanan komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu, ölkənin UEFA reytinqinə 2,625 xal gətirib. Cari mövsümün baş tutan mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.

Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox xal var. Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşür. Daha çox xala malik olanlardan dördü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə edib. İki komandası mübarizəyə başlayan Portuqaliya isə 3,000 xalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü isə bonuslarla qazanıb.

2026/27 mövsümündə bonuslar nəzərə alınmadan ən çox xal qazanan ölkələr:

YerÖlkəQHMXal
1Azərbaycan9322,625
2Latviya10132,625
3Estoniya8442,500
4Finlandiya7342,125
5Lixtenşteyn2002,000


Azərbaycan klublarının nəticələri və ölkə reytinqində payı:

YerKomandaQHMXal
1Sabah4001,000
2Qarabağ2200,750
3Zirə2110,625
4Neftçi1010,250

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir, “Qarabağ” UEFA Avropa Liqasından UEFA Konfrans Liqasına düşüb, “Zirə” və “Neftçi” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Shares: