“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bolqarıstan ÇSKA-sı (Sofiya) ilə səfər oyununun statistikası açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan klubu 0:0 hesabı ilə başa çatan matçda üstün tərəf olub.

Bu, həm “çərçivə”yə, həm də ümumilikdə qapı istiqamətinə zərbə sayında öz əksini tapıb. Ağdamlıların 10 dəfə korner yerinə yetirmələri də təmsilçimizin daha çox hücumda olduğundan xəbər verir.

ÇSKA-nın əsas diqqətçəkən üstünlüyü sari vərəqə və cərimə zərbələri sayı olub. Buna baxmayaraq, penaltilər seriyasında 5:4 hesablı üstünlük sayəsində Bolqarıstan klubu turnirdə mübarizəni davam etdirib.

ÇSKA – Qarabağ

Qollar – 0:0

Zərbələr – 12:15

“Çərçivə”yə zərbələr – 3:5

“Çərçivə”yə düşməyən zərbələr – 6:4

Bloklanan zərbələr – 3:6

Künc zərbələri – 2:10

Oyundankənar vəziyyət – 2:0

Sarı vərəqələr – 7:3

Cərimə zərbələri – 24:13

Shares: