“Neftçi”dən ayrılaraq Kiprin “Pafos” klubuna transfer olunan Murad Məmmədov yeni komandasında ilk rəsmi oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən cavab görüşünün 82-ci dəqiqəsində meydana daxil olub.

Murad Məmmədov bu dəqiqədə İvan Şuniçi əvəzləyərək “Pafos”un heyətində rəsmi debütünü gerçəkləşdirib.

Qeyd edək ki, “Pafos” “Hayduk”u iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Shares: