“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Belarus “Dinamo”su (Minsk) ilə səfər oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan klubu 1:0 hesablı qələbə qazansa da, bu, mərhələ adlamaq üçün kifayət etməyib.
Statistikaya nəzər yetirsək, deyə bilərik ki, “Neftçi” daha böyük fərqlə qalib gəlməli idi. Çünki belarusluların 5 zərbəsi qarşılığında “ağ-qaralar” 12 belə cəhd ediblər.
“Dinamo” yalnız ofsayd və cərimə zərbələrinin sayında “Neftçi”ni qabaqlaya bilib. Buna baxmayaraq, Belarus klubu iki oyunun cəmində 4:3 hesablı qələbə qazanaraq, mərhələ adlayıb.
Dinamo (Minsk) – Neftçi
Qollar – 0:1
Zərbələr – 5:12
“Çərçivə”yə zərbələr – 1:3
“Çərçivə”yə düşməyən zərbələr – 4:5
Bloklanan zərbələr – 0:4
Künc zərbələri – 2:7
Oyundankənar vəziyyət – 3:0
Sarı vərəqələr – 2:2
Qırmızı vərəqə – 0:1
Cərimə zərbələri – 24:10
