“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Estoniya “Payde”si ilə ev oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan klubu 1:1 hesablı heç-heçə edərək mübarizəni dayandırsa da, oyun baxımından buna layiq deyilmiş.
Estoniyakı matçda olduğu kimi, Sumqayıtda da demək olar ki, meydanda futbol oynayan bir komanda olub. Təsadüfi deyil ki, “Zirə”nin futbolçuları düz 19 dəfə qapıya zərbə ilə yadda qalıblar. Təmsilçimiz bunun 8-də “çərçivə”yə düşsə də, rəqibi cəmi 1 dəfə məyus etməyi bacarıb.
Əvəzində “Payde” cəmi 2 dəqiq zərbə ilə yadda qalıb ki, bu da 1 qol vurmaq üçün kifayət edib. “Zirə” bütün göstəricilərdə “Payde”ni qabaqlasa da, bu, mərhələ adlamaq üçün yetərli olmayıb.
Zirə – Payde
Qollar – 1:1
Zərbələr – 19:5
“Çərçivə”yə zərbələr – 8:2
“Çərçivə”yə düşməyən zərbələr – 8:3
Bloklanan zərbələr – 3:0
Künc zərbələri – 9:1
Oyundankənar vəziyyət – 0:0
Sarı vərəqələr – 1:1
Cərimə zərbələri – 13:12
