“Qarabağ”dan ayrılan Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Rusiyada davam etdirə bilər. Daha əvvəl adı Mahaçqala “Dinamo”su ilə yanaşı hallanan 30 yaşlı hücumçu ndi başqa komandanın hədəfindədir.
Futbolinfo.az xəbər verir ki, Ramil “Soçi” ilə anlaşmaq üzrədir. O, iki gün öncə Rusiya klubunun düşərgəsnə yollanıb müqavilənin detallarını razılaşdırmalıydı. Birinci liqa təmsilçisi ilə anlaşmanın iki illik olacağı gözlənilir.
Şeydayev son mövsümdə 11 matça 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldığı “Qarabağ”dan azad agent kimi ayrılıb. O, Rusiyada daha öncə dörd 4 klubun formasını geyib. “Zenit” yetirməsi “Krılya Sovetov”, “Dinamo” (Moskva) və “Rubin”də qısa müddət top qovub. Rusiyanın aşağı yaş millilərində çıxış etmiş hücumçu Slovakiya, Türkiyə və Taylandda legioner həyatı yaşayıb, həmçinin “Sabah” və “Neftçi”də oynayıb.
Karyerasının ən parlaq dönəmini 127 oyuna 39 qol vurduğu “Qarabağ”da keçirən Ramil Azərbaycan milisində 69 görüşdə 10 dəfə fərqlənib.
