“Hyuston Rokets”in hücumçusu Tari İson keçmiş sevgilisi Merilin Maritsa Melo Rodrigesə qarşı məişət zorakılığı işi fonunda məhkəməyə müraciət edərək qoruyucu order verilməsini istəyib.

Basketbolçu keçmiş sevgilisinin onu yumruqla vurduğunu, 92 min dollar dəyərində dizayner geyimlərini ağardıcı vasitə ilə yararsız hala saldığını, həmçinin tanışı vasitəsilə “hər iki ayağını sındıracağı” və “öldürəcəyi” ilə hədələdiyini iddia edib. İson həmçinin “Hyuston”un Kaliforniyada keçirəcəyi bütün oyunlar zamanı onun mühafizə olunmasını xahiş edib.

Qeyd edək ki, basketbolçu iyulun 9-da “Rokets”lə ümumi dəyəri 81,5 milyon dollar olan beş illik yeni müqavilə imzalayıb. Onun MBA karyerası ərzində zəmanətli gəliri isə 97 milyon dolları ötəcək.

Shares: