“Qarabağ”ın cinah oyunçusu Jali Muaddib ÇSKA ilə iki oyunu dəyərləndirib.

Avropa Liqasında bolqarlara ümumi nəticədə məğlubiyyətə baxmayaraq, o, komandanın çıxışından razıdır: “Əlbəttə, nəticəyə görə məyusuq. Məqsədimiz mərhələ adlamaq idi. Ancaq komandamızla fəxr edə bilərik. Çünki 210 dəqiqə ərzində bir an belə dayanmadıq, qol vurmağa və hücum etməyə çalışdıq. Oyunun əvvəlindən sonuna qədər öz oyun üslubumuza sadiq qaldıq. Buna görə komandamızla qürur duya bilərik. Təbii ki, istədiyimiz nəticəni əldə edə bilmədik”.

Muaddib məhsuldar oynamalarını istəyir: “Səviyyəmizə və ya oyun üslubumuza şübhə etməməliyik. Məncə, hər iki görüşdə yaxşı çıxış etdik. Sadəcə, daha məhsuldar olmalıyıq. Mərhələ adlamaq üçün bizə cəmi bir qol lazım idi. Hesab edirəm ki, üzərində işləməli olduğumuz əsas məqam da məhz budur”.

Shares: