Yaponiyanın “Auto Sport Web” nəşrinin məlumatına görə, “Aston Martin”də çıxış edə 45 yaşlı ikiqat Formula 1 üzrə dünya çempionu Fernando Alonso “Alpin” komandasına qayıdışla bağlı danışıqlarda fəal iştirak edir.

Nəşr yazır ki, Maks Ferstappen kimi, Alonsonun da bu mövsüm göstərdiyi nəticələr müqavilədə nəzərdə tutulan minimum göstəricilərdən aşağıdır və bu səbəbdən onun “Aston Martin”i tərk etmək ehtimalı yüksəkdir.

Bildirilir ki, 2027-ci ildən “Alpin”in titul sponsoru olacaq “Gucci” şirkətinin də iştirak etdiyi danışıqlar son bir ayda xeyli sürətlənib. Məhz bu sponsorluq müqaviləsinin Alonsonun yüksək maaşını qarşılamağa imkan verəcəyi qeyd olunur. Mənbənin iddiasına görə, ispaniyalı pilot karyerasını Formula 1-də məhz keçmiş komandasında başa vurmağa isti yanaşır.

Məqalədə həmçinin qeyd edilir ki, “Alpin”in icraçı müşaviri Flavio Briatore “Williams”dan icarəyə götürülən Franko Kolapintoya gələn mövsüm üçün başqa komanda axtarmağı tövsiyə edib. Kolapintonun menecerləri artıq onun gələcəyi ilə bağlı “Uilyams”la müzakirələrə başlayıblar. Hazırda “Uilyams”da boş yer olmasa da, Karlos Sayns mövsümün sonunda komandanı tərk edə bilər.

Əgər Alonso “Aston Martin”dən ayrılsa, komandanın sahibi Lorens Stroll üçün əsas namizədin məhz Sayns olacağı bildirilir. Nəşrin fikrincə, həmin vaxt transfer bazarında əlçatan yeganə yüksək səviyyəli pilot o olacaq.

Shares: