Honkonqda qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət milli sablya növü üzrə komanda yarışında 13-cü olub.
İlk görüşdə Kanada yığmasına 45:34 hesabı ilə qalib gələn qadın sablyaçılarımız ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada dünya çempionu Macarıstan kollektivinə 32:45 hesabı ilə uduzub.
Milli 9-16-cı yerlər uğrunda keçirilən görüşdə Polşa sablyaçılarına 34:45 məğlub olsa da, Honkonq (45:40) və Bolqarıstan (45:36) yığmasına qalib gələrək yekun sıralamada 28 komanda arasında 13-cü sırada qərarlaşıb.
Kişi sablyaçıların komanda yarışında Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət millimiz 30-cu olub.
İlk görüşdə Küveyt yığmasına 45:39 hesabı ilə qalib gələn qılıncoynadanlarımız ən güclü “16-lığ”a yüksəlmək üçün keçirilən qarşılaşmada Macarıstan sablyaçılarına 27:45 hesabı ilə uduzub.
