Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə İsrailin “Kiryat Şimona” klubunda ilk qolunu vurub.

Futbolinfo.az xəbər verir ki, iyul ayında bu kluba keçən 25 yaşlı yarımmüdafiəçi Toto kubokunun qrup mərhələsinin 3-cü turunda “İroni Tiberiyas”la görüşdə fərqlənib.

Rüfət matçın 61-ci dəqiqəsində oyunda yeganə qolu vuraraq komandasına qələbə qazandırıb. O, görüşün 84-cü dəqiqəsində əvəzlənib.

Shares: