Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin də formasını geyindiyi “Kolumbus Kryu” MLS-də 18-ci tur oyununa çıxıb.
Komanda Şərq konfransında “İnter Mayami” ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Nəriman bu qarşılaşmada oynamayıb. Onun adı iştirak ərizəsinə daxil edilməyib. “İnter Mayami”nin ulduzu Lionel Messi isə meydana 2-ci hissədə daxil olub.
“İnter Mayami”nin qollarını Luis Suares ilə Allen Noah vurub. Qonaqlara isə bərabərliyi Kazemironun avtoqolu və Brais Mendezin fərqlənməsi gətirib.
Hazırda “İnter Mayami” 18 turdan sonra 38 xalla 2-ci, “Kolambus Kryu” isə 20 xalla 11-ci pillədə qərarlaşır.
