Polşa millisinin və “Barselona”nın sabiq futbolçusu, hazırda “Çikaqo”nun formasını geyinən Robert Levandovski MLS-də ilk qollarını vurub.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı polşalı futbolçu 18-ci turda “Şarlott”a qarşı matçda (2:1) dubla imza ataraq komandasına qələbə qazandırıb.
Hücumçu 20 və 68-ci dəqiqələrdə fərqlənib. Bu, onun liqadakı üçüncü oyunu olub.
Levandovski həmçinin ilk dəfə MLS-də matçı sonadək keçirib. O, “İnter Mayami” ilə debüt görüşündə 62-ci dəqiqədə əvəzlənmiş, “Nyu-York Siti” ilə qarşılaşmada isə ikinci hissədə meydana daxil olmuşdu.
