Pakistanın 17 yaşadək futbolçulardan ibarət komandasının kapitanı Əbdül Səməd karyerasını Azərbaycanda davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, gənc yarımmüdafiəçi “Qarabağ”la anlaşıb.
8 ildir ölkəsində “Popo” klubunda futbolun sirlərini öyrənən Səməd artıq “Qarabağ”la münasibətləri rəsmiləşdirib. O, əvvəlcə Ağdam klubunun akademiyasında çıxış edəcək. Səməd növbəti mövsüm “Qarabağ”ın U-18 komandasının formasını geyinəcək.
“Popo” klubu keçidlə bağlı rəsmi məlumat da yayıb. Klub Səmədin “Qarabağ”a transferini istedadla yanaşı, fədakarlığın, zəhmətin və intizamın bəhrəsi adlandırıb.
